
Görəsən niyə bəzi insanlar digərlərinə görə gündən günə daha xoşbəxt, daha uğurlu, daha həyatsevərdir? Fərqi yaradan nədir? Əgər biz, daha yaxşı şeylər etməyi həqiqətən olmaq istədiyimiz kimi olmağı və hər gün həyatın hər sahəsində daha çox müvəffəqiyyət və xoşbəxtliyi səmimi olaraq istəyiriksə, yolumuzda dayanan bəs bu maneə nədir?
Bəlkə də daha əvvəl soruşulması lazım olan sual: Xoşbəxtlik sözü bizim üçün nədir? Xoşbəxt olmaq üçün nəyə ehtiyacımız var? ‘'Həyatımın eşqini tapdığım zaman, çox pul qazandığım zaman (yaxşı pul xoşbəxtlik gətirməzsə xoşbəxtlik pul gətirərmi? ), kimlərinsə məni həqiqətən anladığı zaman, bu şəhərdən xilas olduğum zaman, azadlığımı elan etdiyim zaman, sevgilim olduğunu düşündüyüm şeydən xilas olduğum zaman…
Atam, bu dünyada bəlkə mənim xoşbəxt olmamı ən çox istəyən insan, məktəbi yaxşı bir nəticə bitirməmi istədi, daha sonra universitetə daxil olmağımı, 4 ildə universiteti bitirməyimi... Sonra əsgərə getməm lazım idi, sonra evlənmək... Deməli biz o zaman xoşbəxt olacağız.... Üzümüzün gülməsi, kiçik bir təbəssümü, çox səmimi söhbəti, səssiz toxunuşu, birlikdə ola bilməyi, xoşbəxtliyimizi o qədər çox şeyə bağlamışıq ki, həqiqətən xoşbəxt olmağa imkan qalmamışdır…
Məncə daha da əhəmiyyətli bir şey var, o da cəmiyyətin bədbəxtlik xəstəliyinə tutulmasıdır. Bədbəxtlik bulaşıcıdır, bulaşıcı bir xəstəlik kimidir. Eşqdən, dostluq və yoldaşlıqdan, sevgi, müvəffəqiyyət, təqdir və iltifatdan çox bir-birimizin ayağının altını qazmağı, qarğış etməyi, qısqanclıq, düşmənlik, kin, nifrət və alçaldılmağı daha çox istifadə etməmizin səbəbi də böyüyən ictimai narahatlıq və bədbəxtlikdir…
Avstraliyada yaradılan xoşbəxtlik institutunun mütəxəssislərinə görə; xoşbəxtliyin yalnız 15%-i gəlir vəziyyətini və digər maliyə faktorları təyin edir. Sonrası isə, həyata qarşı təyin olunan rəftar, həyatın idarəsini əlində tutmaq və insan əlaqələriylə əlaqədar.
Qısacası Rutus Wainmightin dediyi kimi xoşbəxt olmaq üçün zəhmət çəkməlisiniz. Xoşbəxtliyə iş, pul ya da eşq ilə çatmaq olmaz. Xoşbəxtlik sizinlə öz aranızdakı məsələdir. Xoşbəxtliyin öz içimizdə olduğunu anlamaq üçün bir az tək qalın, və özünüzü kəşf edin.
Özünüzə aid zamanınız olsun. Sevdiyiniz bir məkana gedib tək başınıza bir qəhvə içməkdən çəkinməyin, sizə ‘'neçə adam olacaqsınız? deyə soruşan qarsonlara ‘'tək olacam'' deyə cavab verin. İçinizdən; mən çox güclüyəm, özümə bəs edərəm, kimsəyə ehtiyacım yoxdur, burada bir qəhvə içkim və özümün problemlərini əvvəl dinləyib sonra onları özüm həll edəcəyəm!'' deyin. Son sözümü bildiyiniz, bəlkə xatırlamaqda çətinlik çəkdiyiniz hadisə ilə, sizlərə çatdırmaq istəyirəm;
Əflatundan iki sual soruşmuşlar: Birincisi ''İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları nələrdir? Əflatun tək-tək saymışdır: uşaqlıqdan sıxılarlar və böyümək üçün tələskənlik edərlər. Sonra isə uşaqları üçün daim darıxıb uşaqlıq illərinə qayıtmaqları üçün hər şeylərindən keçməyə hazır olarlar. Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qaytarmaq üçün məbləği bilinməyən pul xərcləyərlər. Heç ölməyəcəklərmiş kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər. Sıra gəlmiş ikinci suala; yaxşı sən nə təklif edirsən? müdrik yenə sıralamışdır: kimsəyə özünüzü sevdirməyə qalxmayın. Özünüzü, işinizi və insanları sevin edilməsi lazım olan tək şey yalnız özünüzü sevilməyə buraxmaqdır.''
ƏHƏMİYYƏTLİ OLAN ŞEY; HƏYATDA ƏN ÇOX ŞEYƏ SAHİB OLMAQ DEYİL, ƏN AZ ŞEYƏ EHTİYAC DUYMAQDIR.
Fikirlərinizi bildirməyi unutmayın :)


Oxşar xəbərlər
Şərh #1 yazıb:
moderator (1 Sentyabr 2009 11:58)

Şərhlərin sayı: 8
Məqalələr: 12
raiq cox super
xosbextliye layiq olanlar xosbext olsunlar
--------------------------
Kimsə özünə güvənməsin çünki ondanda güclüsü var.
Biz BİZİMNET olaraq hər kəsdən güclüyüz.
Bizə qoşulan hər kəs BİZİMNET tək güclü olur.
Şərh #2 yazıb:
elchin_elchi (1 Sentyabr 2009 12:04)

Şərhlərin sayı: 1
Məqalələr: 0
Yazdigin meqaleye gore cox sag ol Raiq.Sadece olaraq super. Bele xeberlerden ne qeder cox yerledirsen Bizimnet Azerbaycanin bir nomreli portallar siyahisinda olacaq.Nece ki eledir.
Admin,
Elchin bey diqqetinize gore tewekkurler. Bizimnetin inkishafi uchun hamimiz el-ele verib birlikde chalishmaliyiq. Chunki bu BizimNet-dir.
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!