Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar


Yaşadıqlarımız və biz...


Bəzən həyatı mənasız edən o qədər çox şeylə qarşılaşırıq ki, yaşamağı çox sevməyimizə baxmayaraq həyata üsyan edirik. Bəzən problemlər o qədər insanın üstünə gəlir ki, kiçicik problemləri belə qaldıra bilmədiyimiz zamanlarımız olur

Bəzən ətrafımızdakıların mənasız hərəkətlərinə məna verməyə çalışarkən, bizimdə mənasız davrandığımız zamanlarımız olmurmu? Bəzən həyatdakı ən çox sevdiklərimizin də belə qəlblərinə dəydiyimiz zamanlar olar. Səhər ilk qalxdığımızda pis əhvalla qalxırıqsa, və ya əhvalımız yaxşı deyilsə bütün günü eyni əsəbiliklə ya da eyni mənəvi çatışmamazlıqla bitiririk. Təəssüf ki, İnsan hər gün eyni gülərüzlülüklə və eyni sevinc içində ola bilmir.

Həyat hər vaxt eyni gözəllikdə qalmır. Əslində həyatın böyük bir hissəsini məşğul olaraq, bəzilərinə əsəbləşərək, dayanıb dayanıb əhvalımızı pozaraq ya da əhvalımızı pozacaq bir şey taparaq keçiririk. Bəzən... Aman boş ver, heç bir şey üçün ya da heç kim üçün ağlamaya, sızlamağa dəyməz?! deyərkən, tökülən gözyaşlarına maneə ola bilməz insan. Nə üçün bəziləri üçün zəhmət çəkirik, zaman xərcləyərik, yaxşı günündə və pis günündə yanında oluruqsa da, nəticədə əlimizdə qalan heç olur. Çox dəyər verdiyimizi sanıb, görəsən heç dəyər verə bilirikmi sevdiklərimizə? Bəzilərinə sevdiyimizi söyləməyi bacara bilmirikmi?

İçimizdəmi böyüdürük sevgilərimizi, dostluqlarımızı, yoldaşlıqlarımızı, eşqlərimizi? Həyatı dolu yaşadığımızı sanıb, haqqını verə bilmirikmi bir şeyin? Çoxumuzun başında eyni sual işarələri vardır. Ətrafımızda insanlardan neçə adam həyata optimist baxmağı bacara bilir? Və biz həyatdan ümidini kəsmiş, yaşamaqdan bezmiş, həyatdan heç bir ümidi qalmamış bu insanların içində həyata nə qədər ümidlə baxa biləcəyik. Həyata hər vaxt xoşbəxt baxmağa çalışsaq da hər anımızın xoşbəxt olmayacağını bilirik. Yenə də ümidimizi kəsməməliyik həyatdan. Həyatın ədalətli olmadığını bilərək, xoşbəxtlikdən daha çox çətinlik içində yaşayacağımızı bilərək yaşamalıyıq.


Bookmark and Share
 
 (səs sayı: 0)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika














   
© ReDesign Bizimnet GROUP