Bu dəfə sizə AdSubcribe troyanı haqqında danışacayıq. AdSubcribe nədir ? – Bu bir reklam servisidir. Əgər kompüteriniz bu troyana yoluxsa, hər dəfə brauzeri açarkən, brauzerin üzərindən yaranır və futbol köynəylərini reklam edir. Aşağıdakı “Close” düyməsini basdıqda 60 saniyə gedir. Bu saniyələr qurtardıqda – bu reklam servisinin daha 999 dəfə yaranacağı yazılır. Sol tərəfdə, əgər siz bu reklamı istəmirsinizsə, “rus operatorlarına sms göndərməyiniz xahiş olunur”. Bu da fırıldaqçılıqın bir yoludur.
BELƏ BİR REKLAM GÖRDÜKDƏ, HEÇ BİR YERƏ SMS YAZMAQ LAZIM DEYİL.
Sizə bu troyanla mübarinənin yolunu göstərim :
1. Unlocker proqramını yükləyirik (http://ccollomb.free.fr/unlocker/unlocker1.8.7.exe).
2. Kompüterinizdə c:\Documents and Settings\İSTİFADƏÇİ ADI\Application Data\keçib, AdSubscribe adlı qovluqun üzərinə sağ düymə ilə basıb, Unlocker – düyməsini seçirik. Unlocker – Silmək deməkdir. Bu adi tərcümə deyil :) Səhv salıb, müəllifə iradlarınız olmasın :)
3. Əməliyyat sistemini yenidən işə salırıq. (Restart , Ïåðåçàãðóçêà) .
Budur. Tər-təmiz :) Lakin bu hələ son deyil. Kompüteri tamamilə bu troyandan təmizləmək lazımdır. Bunun üçün:
Start düyməsini basırıq, orada İcra Etmək (Run , Âûïîëíèòü) düyməsini seçirik. Yaranmış kiçik pəncərədə “Regedit” yazırıq. (Regedit sözünü işarələrsiz yazın). Yaranmış Reyestr pəncərəsində Düzəliş menüsündən > Axtarış ( Edit > Search , Ïðàâêà > Íàéòè) düyməsini seçib, orada AdSubscribe yazıb, bu reklam servisi ilə bağlı olan bütün məlumatları silin:
!!! Diqqətli olun, axtarış zamanı bütün fayllar AdSubscribe-yə aid deyil. Fayl haqqında məlumatı diqqətlə oxuyun…
Budur siyahı :
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\uninstall\adsubscribe\
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\uninstall\adsubscribe\
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\uninstall\adsubscribe\
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\shell extensions\Approved\
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\explorer\shelliconoverlayidentifiers\AdSubscribe\
HKEY_CLASSES_ROOT\clsid\{82c885ee-6b87-4d51-9ef4-0cfe9fada900}\ProgID\
HKEY_CLASSES_ROOT\clsid\{82c885ee-6b87-4d51-9ef4-0cfe9fada900}\versionindependentprogid\
HKEY_LOCAL_MACHINE\software\classes\clsid\{82c885ee-6b87-4d51-9ef4-0cfe9fada900}\ProgID\
HKEY_LOCAL_MACHINE\software\classes\clsid\{82c885ee-6b87-4d51-9ef4-0cfe9fada900}\versionindependentprogid\
Bir daha əmliyyat sistemini yenidən yükləyirik. Budur, xöşbəxtlik !!! Əgər sizin bu probleminiz var idisə, həll olundu. Əgər siz bu problemlə qarşılaşmamısınızsa, öz brauzerinizdə yaddaşda saxlaya bilərsiniz. Bunun üçün klaviaturanızda CTRL + D kombinasiyasını yığmalısınız..
* Saxla samanı, gələr zamanı
Mənbə: far-had.net


Oxşar xəbərlər
Şərh #1 yazıb:
cplyakova42 (13 Noyabr 2011 08:11)

Şərhlərin sayı: 3
Məqalələr: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!