Yəqin ki, siz də mənim kimi pulsuz mp3 üçün google-də çoxlu vaxtınızı itirmisiniz. Bu problemi birdəfəlik həll etmək üçün başladım intenernetdən tapdığım google hacks kitabını oxumağa və artıq mp3 axtarmağın heç də çətin olmadığını sizinlə paylaşmaq istədim.
Gələcəkdə kompüter texnologiyasının həyatımızda necə yer alacağını heç düşünmüsünüzmü və ya heç xəyallarınıza güc gəlib xeyr xeyr bu qədər də olmaz demisinizmi? Əgər xəyal etmisinizsə belə bu qədərini xəyal etməmisiniz. Daha ətraflı xəbərin ardında videoda izləyin :)
İnternetdə gəzərkən maraqlı bir sayt ilə qarşılaşdım. Sizin də işinizə yaraya biləcəyini düşünüb paylaşmaq istədim. Haqqında danışacağımız saytın adı Privnote.com -dur. Sayta öz qeydinizi yazıb dostunuza göndərirsiniz. Dostunuz qeyd göndərdiyiniz linki oxuyan kimi yazdığınız qeyd avtomatik olaraq silinir. Vəssəlam :)
İtaliyalı dizayner İqnasio Pilotto brend-klaviatura yaradıb. Burada hərflərin əvəzinə tanınmış şirkətlərin loqotipləri təsvir olunub.Pillottonun klaviaturasında hər bir hərf hər hansı bir şirkətin brendi deməkdir. Misal üçün bu qeyri-adi klaviaturada N hərfinin əvəzində Nike şirkətinin işarəsini görmək olar. C hərfində Coca-Cola, G-də isə Google-in logosu təsvir olunub.
iPone-nun problem və nöqsanlarına açıqlayıcı cavab hələ də yoxdur. Apple iPhone 3G S-in problemlərini qulaq ardı edir, yoxsa işin içində başqa bir işmi var?