Photo-notes saytı ilə şəkillərinizi çərçivəyə əlavə edə və altına qeyd yazmanız üçün gözəl xidmət təqdim edir. İstifadə üçün sayta daxil olandan sonra browse düyməsinə tıqlayıb şəklinizi yükləyirsiniz və aşağı hissədən hansı çərçivəyə daxil edilməsini seçirsiniz. Daha sonra orada olan imkanlardan istifadə edərək yazacağımız yazının tipini seçib, yazı üçün zövqümüzə uyğun olaraq rəng əlavə edirik.
Şəkilli bilgilər sürətli öyrənmə üçün daha əlverişli beyində daha tez yadda qalan olması fikrini əsas götürərək hamınızın marağına səbəb ola biləcək aşağıdakı xəbəri sizə təqdim edirik.
Texnologiya çox sürətlə inkişaf edir. Bu inkişaf gör hara gəlib çıxıb ki, Beyin-komputer sistemi yaradılır. Bu beyin-komputer sisteminin tədqiqatları 1970-ci ildən başlayıb. 1990-ci ildən sonra isə bu barədə ilk experiment aparılıb. Bildiyimiz kimi beynimiz elektrik siqnalları istehsal edir,artıq bu siqnallar qeyd edilə bilir.
Kompüter istifadəçilərinin demək olar ki, əksəriyyətinin sürətli yazı yazmaları üçün müxtəlif on barmaq proqramlarından istifadə etmələri ilə hamımız rastlaşırıq. Typeracer saytı da bunlardan biridir. Digərlərindən fərqli olaraq saytdakı digər istifadəçilər ilə yarışa bilməniz və online olmasıdır. "race against others" linkinə tıqladığınızda avtomatik olaraq uyğunlaşacağınız rəqibləriniz ilə ən azından yazma sürətinizin normal sürətli olub olmadığını ölçə bilərsiniz. Saytdakı practice bölümündə isə tək başınıza yaza bilərsiniz. Saytın ana səhifəsində ən sürətli 20 istifadəçi sıralanır. Əlavə olaraq siz neçə yarış keçirdiyinizi, səviyyənizi və orta yazma sürətinizi də görə bilərsiniz.
Flip title ilə yazıları logoda görünən şəkildə tərsinə çevirə bilərsiniz. İlk olaraq lazımsız görünən bu xidmətdən güclü parolların hazırlanmasında, msn və ya çat proqramlarında niklərinizin hazırlanmasına istifadə edə bilərsiniz.