Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar


Steve Jobs qayıtdı - bu dəfə də yeni ipod və itunes + video


Apple şirkəti mətbuat üçün təşkil etdiyi tədbirdə rəqəmli musiqi ilə bağlı yeni işləmələri barədə məlumat verib. Tədbiri Apple-in dəyişilməz rəhbəri Stiv Cobs aparıb. Onun xəstəlikdən sonra ictimaiyyət qarşına ilk dəfə çıxması konfrans zalında gurultulu alqışlarla qarşılanıb.

“Bu gün biz burada musiqi haqqında danışmaq üçün toplaşmışıq”, - S. Cobs vurğulayıb. Onun sözlərinə görə, təkcə son iki il ərzində iPod pleyerlərinin satışı 30 milyon ədədi, iPhone mobil əməliyyat sistemi üçün əlavələrin sayı isə 75 mini keçib yazır.



Şirkət musiqi siyahısında bir sıra yeni imkanlar əlavə olunmuş iTunes 9 mediamərkəzi haqqında məlumat verib. Bundan əlavə bu resurs təkmilləşdirilmiş naviqasiya sistemli yeni interfeyslə təchiz olunub. Və nəhayət Apple iPod pleyerinin yenilənmiş versiyalarını təqdim edib. “199 dollar iPod üçün fövqəladə qiymətdir. Bu gün biz sizin üçün 199 dollara 8 qiqabaytlı iPod Touch-u təqdim etməkdən məmnunuq duyuruq. Həmçinin siz 299 və 399 dollar ödəməklə, müvafiq olaraq 32 və 64 qiqabaytlıq versiyalar əldə edə bilərsiniz”, - deyə Apple-nin əməliyyat direktoru və iPod işlənilməsi şöbəsinin rəhbəri Filip Şiller qeyd edib.

Apple həmçinin videokameralı iPod pleyerindən danışan analitikləri də məyus etməyib. “Son illər ərzində video kəskin sürətdə populyarlıq qazanıb. Biz də bu istiqamətdə öz işləmələrimizi təqdim etmək niyyətindəyik. Hər yeni iPod Nano-da arxa tərəfdə videokamera quraşdırılacaq”, - S. Cobs bildirib.

iPod Nano-nun müxtəlif rəng, eləcədə 8 və ya 16 qiqabaytlıq versiyalarda təqdim olunacağı gözlənilir. Modellərin qiyməti isə müvafiq olaraq 159 və 179 ABŞ dolları təşkil edəcək



Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika














   
© ReDesign Bizimnet GROUP