Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar


Parolsuz internet paytaxtda da tətbiq olundu

Əhalinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək istiqamətində mütəmadi aparılan tədbirlərin tərkib hissəsi olaraq "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini uğurla davam etdirir. "Aztelekom.net" İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" – internet servis kodu qeyd olunur.

Tətbiq olunan xidmətin əsas üstünlüyü ilk növbədə istifadəçilər üçün rahat, sadə, etibarlı və ən başlıcası, vaxt itkisinin qarşısını almağa imkan verən internet xidmətinin təşkilidir. Belə ki, "178 – "parol"suz İnternet" xidmətinin istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azaddırlar ki, bu da öz növbəsində həm vaxta qənaət, həm də telefon xətti olan istənilən yerdən internetə çıxış imkanının olması baxımından əlverişlidir. 178 xidmətinin istifadəçilərinin sayı regionlarda artıq on min nəfərlərlə ölçülür.

Regionlarda uğurlu tətbiqi Bakı şəhərinin sakinləri arasında da maraq oyatdığından "Aztelekom" və Bakı Telefon Rabitəsi İstehsalat Birliklərinin birgə layihəsi olaraq bu xidmətin BTRİB şəbəkəsinin abunəçiləri üçün də aktivləşdirilməsi qərara alınmış və artıq noyabrın 15-dən etibarən Bakı sakinləri də kompüterlərində "şəbəkə bağlantıları" pəncərəsinin "qoşulma nömrəsi" qrafasına "178" yazıb – "qoşul" komandasını verib qlobal internet şəbəkəsinə qoşula bilərlər. / aztelekom.net


Bookmark and Share
 
 (səs sayı: 2)


Oxşar xəbərlər


Şərh #1 yazıb: khalilov (19 Noyabr 2009 15:29)
Foto



Şərhlərin sayı: 1
Məqalələr: 0
Aztelekom.net guya ki, MDB mekaninda ilk olaraq nese faydali bir xidmet teklif edib. 178 baglantisi Dial Up baglantidir ve bir saati 30 qepikdir. Gelin ashagida sade hesablamalar aparaq.

1. Eger gundelik 5 saat internet ishledirsense: bir gun uchun 1,50 AZN. Ayliq 45,00 AZN

2. Eger gundelik 10 saat internet ishledirsense: bir gun uchun 3,00 AZN. Ayliq 90,00 AZN

3. Eger butun sutkani internet ishledirsense: bir sutka uchun 7,20 AZN. Ayliq 216,00 AZN

Belelikle geldiyim qenaet bundan ibaretdir ki, bu qiymetlerle bele xidmet hech bir olkede yoxdur. Bu ise o demekdir ki, Aztelekom.net neinki MDB mekaninda umumiyyetle yer kuresinde YEK-dir. Debde olan sozle desek Dunyada analoqu yoxdur.

Sebirli olub oxudugunuz uchun teshekkurler!
Şərh #2 yazıb: zoruhetb (2 Oktyabr 2011 10:04)
Foto



Şərhlərin sayı: 1
Məqalələr: 0
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika














   
© ReDesign Bizimnet GROUP