Bizimnet.info
ətraflı axtarış
Bölmələr
Ən çox oxunanlar
Sən də səs ver
İnternet sürətiniz neçədir?

+ 128 kb/s
- 128 kb/s
+ 1 mb/s
Dial up



Reklam
Dost saytlar


Dünyanın texnologiya sahəsində məhşur istehsalçı firması Microsoft gələn il istifadəyə verilməsi planlaşdırılan Windows 7-dən əvvəl Vista SP2-ni təqdim etmək niyyətindədir. Qeyd edək ki, Windows 7-nin gələn ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur. Firma rəsmiləri hal hazırda Windows server 2008 və Windows Vista üçün Service Pack 2 Betanı çıxarıldığını bəyan ediblər.

Microsoft şirkəti Windows 7-dən əvvəl Vista SP2-ni təqdim etmək niyyətindədir


Windows 7 əməliyyat sisteminin işlənib hazırlaması ilə Microsoft şirkətinin 2500 əməkdaşı məşğul olacaq. Onların 2000 nəfərini əməliyyat sisteminin tərtibi və sınaqdan keçirilməsini həyata keçirəcək proqramçılar təşkil edəcək. Windows 7-nin işçi ştatının hər biri 100 nəfərdən ibarət 25 qrupa bölünməsi nəzərdə tutulub. Hər qrupun üzərinə müəyyən bir məsələ düşəcək. Məsələn qrupun birinin istifadəçi interfeysinin işlənib hazırlayacağı, digərinin isə yeni əməliyyat sisteminin şəbəkə imkanları ilə məşğul olacağı gözlənilir. Qruplar üzərində rəhbərlik Microsoft-un 500 meneceri tərəfindən həyata keçiriləcək. Microsoft nümayəndələrinin sözlərinə görə Windows 7-nin 2012-ci ilədək hazır olması planlaşdırılıb. Əməliyyat sistemi Windows Vista ilə eyni arxitekturada işlənib hazırlanacaq. Bunun sayəsində Windows XP –dən Windows Vista –ya keçid zamanı yaranan proqram təminatının uyğunluğu problemlərini aradan qaldırmaq mümkündür
Bookmark and Share
 
 (səs sayı: 1)


Oxşar xəbərlər


Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!

Saytımıza keçidlər
Reklam
Statistika














   
© ReDesign Bizimnet GROUP