Microsoft şirkəti 21 oktyabrı kiber-piratlarla mübarizə günü elan edib və 49 ölkədə müəllif hüquqlarının qorunmasına dair bir sıra layihəyə start verib. Bu layihələr arasında lisenziyalı proqram təminatını təbliğ edən müxtəlif informasiya kampaniyaları və tədris seminarları mövcuddur. Həmçinin şirkət piratlara qarşı yeni məhkəmə iddiaları qaldırmaq və hüquq mühafizə orqanları ilə əməkdaşlığı daha da möhkəmləndirmək niyyətindədir, ProIT, yazır. Maraqlıdır ki, tanınmış torrent-portal (lisenziyasız proqramlar yerləşdirilən internet resurs) olan The Pirate Bay Microsoft-un bu addımına cavab olaraq öz səhifəsində Bill Qeytsin şəklini və “Bill Gates made me do it” (Bill Qeyts bunu etməyə məni məcbur edib) sözlərini yerləşdirib.
mənbə: e-gov.az

Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!