Bunect (Business Connect) – adlanan bu proyektin əsas məqsədi professional iş adamlarını bir yerə toplamaq və onlar arasında əlaqəni möhkəm və yüksək keyfiyyətli şəkildə təmin etməkdir.
Bunect vasitəsilə şirkətlər öz bizneslərini genişlədə və başqa şirkətlərlə həm iş həmdə luq əlaqələri qura bilər. Bundan başqa şirkətlər müxtəlif sahələrdə güclü mütəxəssis, iş axtaranlar isə özlərinə uyğun iş tapa bilər. Proyektin interface-i (usability) çox sadə və effektivdir. Təqdim olunan funksiyaları və servisləri istifadəçi çox sadə qurulmuş interface vasitəsilə mükəmməlliklə yerinə yetirə bilir. Platforma hələlik 2 dildə fəaliyyət göstərəcək: English və Russian. Açılışından sonra Azəri, Deutch, French, Spanish və İtalian dillərinə mütəmadi olaraq əlavə olunacaq.
Bunectdə olan əsas funksiyalardan biri isə qeydiyyatın müxtəlif variantlarda olması və istifadəçiyə seçim imkanının verilməsidir.
Qeydiyyat variantları - Standard user, Professional, Businessman
Standard user – İşi olmayan və iş axtaranlar bu variantı seçib qeydiyyatdan keçməlidirlər.
Professional – Müxtəlif sahələrdə işləyən, yəni işi olan istifadəçilər bu variantı seçməlidirlər.
Businessman – Hər hansı bir şirkətin yaradıcısı, yiyəsi, CEO-su vəya müxtəlif departamentlərin direktorları vəya sədrləri bu variantı seçməlidirlər.
Hər bir variantın özünə uyğun qeydiyyat forması olur və hər hesab (Account) tipi bir-birindən fərqlənir. İstifadəçi istədiyi zaman öz qeydiyyat tipini dəyişə bilər. Bu funksiya bunect proyektinin istifadəçiyə verilən seçim azadlığının təmin olunmasının sübutudur. bunect öz istifadəçilərinə yüksək səviyyəli servis və bizneslərini böyütmək üçün keyfiyyətli bir platforma təqdim edir.
Qeyd: Hal-hazırda siz http://www.bunect.com saytında öz emailinizi ve adınız yazıb daxil etsəniz, saytın açılış günündə sizə açılış haqqında məlumat göndəriləcəkdir.


Oxşar xəbərlər
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!