Hər gün yazdığımız bloqlardan və ya saytlardan pul qazanmanın yolları ilə bağlı yazılar oxuyur, bəzən astronomik qiymətlərə satılan xəbərlərə rastlaşırıq siz də saytınızı satmağı ya da reklam almağı düşünürsənizsə websiteoutlook saytını ziyarət edə bilərsiniz. Websiteoutlook, saytınızın dəyərini və təxmini reklam gəlirini təxmin etməyə çalışan bir saytdır.
Flip title ilə yazıları logoda görünən şəkildə tərsinə çevirə bilərsiniz. İlk olaraq lazımsız görünən bu xidmətdən güclü parolların hazırlanmasında, msn və ya çat proqramlarında niklərinizin hazırlanmasına istifadə edə bilərsiniz.
Bloqlarınızın daha şık və gözəl görünməsi üçün ikonların xüsusi rolu vardır. 24×24, 36×36 , 48×48 ölçülərində bir-birindən gözəl ikonları sizə təqdim edirəm.
Windows XP əməliyyat sisteminin Azərbaycan İnterfeys Paketi (Azəri dil paketi) | 5.4 mb
Windows XP Professional və ya Windows XP Home Edition üçün Azərbaycan İnterfeys Paketi Windows XP İstifadəçi İnterfeysinin əksəriyyətinin Azərbaycan dilində istifadəsini təmin edir.
Azərbaycanda http://www.terasell.com/ - ilk virtual ticarət mərkəzi yaradılıb. Bu resurs vahid platforma çərçivəsində Azərbaycanın müxtəlif internet-dükanlarını birləşdirəcək ilk internet-məkanıdır. Layihənin məqsədi Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət Proqramının (“Elektron Azərbaycan”) prinsiplərinə uyğun olaraq ölkədə elektron ticarətin inkişafına yeni təkan verməkdən ibarətdir.