Avropa Şurası uşaqları müdafiə ekspertləri “Təhlükəsiz İnternet Günündən” istifadə edərək müəllimləri və valideynləri uşaqların internet vasitəsilə istismarına qarşı mübarizəyə qoşulmağa çağırır.
Axır ki, Steve Jobs bütün texnologiya həvəskarlarının gözlədiyi məhsulu tanıtdı. Texnologiya forumlarında, bloqlarda məhsulun adının "islate" olacağı qeyd olunurdu ama apple tabletinin adını "ipad" olaraq açıqladı. Bu yeni qurğu ilk baxışda iphone/ipod touch'un böyüdülmüş formasına oxşayır. Apple-in icraçı direktoru Stiv Cobs tərəfindən nümayiş etdirilmiş və onun “inqilabi” bir qurğu adlandırdığı iPad, ekspertlərin fikrincə həm müsbət həmdə ki onu axıra kimi “inqilabi” etməyə imkan verməyən mənfi cəhətlərə də malikdir.
Kanadanın DeanMark şirkəti klassik manipulyatorsuz və istifadəçinin əlinə əlcək kimi geyilən AirMouse adlı kompüter mausu təqdim edib. Maus istifadəçinin biləyinə və iki barmağına (şəhadət və orta) geyilir.
Facebook sosial şəbəkəsi dünyanın ikinci ən iri antivirus və antixaker proqram təminatı istehsalçısı olan McAfee şirkəti ilə saziş imzaladığını bəyan edib.
London mühəndisləri qrupu Coca-cola və ya şəkər tərkibli digər soyuq maye ilə işləmək imkanına malik konseptual mobil telefon işləyib hazırlaya biliblər. Nümunə kimi mühəndislər Nokia şirkətinin Coca-cola ilə işləyən dəyişdirilmiş modelini nümayiş etdiriblər.