Silə bilmədiyiniz, error verən fayl və qovluqları bir tıqlama ilə silmək üçün çox gözəl və sadə proqram təqdim edirik. Sizə silməkdə çətinlik yaradan, error mesajı verən və bu kimi bütün problemlərinizi Unlocker ilə rahatlıqla həll edə bilərsiniz.
Artıq 2010-cu ilə barmaqla sayılası günlərimiz qalıb. Yeni-yeni texnoloji kəşflərin, icadların artdığı dövrdə təbii ki, köhnə texnologiyanı köhnə illərdə qalmağa məcbur edir. ABŞ-ın analitik-mətbu qrupu IDG 2010-cu ildə hansı köhnəlmiş texnologiyaların istifadəçilərin həyatını tərk edəcəyini proqnozlaşdırmağa çalışıb.
Netcraft tədqiqat şirkəti Şəbəkədə olan sayt və bloqların sayına dair statistik məlumatlar təqdim edib. Belə ki, analitiklərin məlumatlarına əsasən 1 dekabr 2009-cu il tarixinə olan vəziyyətə görə internetdə 233 848 493 sayt qeydə alınıb ki, bu, ötən ayın göstəricilərindən 212 000 sayt çoxdur. Şəbəkədə saytların orta aylıq artımı bir qayda olaraq 1 milyondan 2 milyonadəkdir.
Dünyada məşhur sərbəst blog yaratmaq xidmətini təqdim edən saytlardan biri də Wordpress-dir. Wordpress inkişaf etdiriciləri adı “Carmen” olan yeni Wordpress versiyasını istifadəyə veriblər. 2.9 distributivinə sahib olan Wordpress-də ümumi dəyişikliklərdən başqa, Undo (Geri götürmə) funksiyası və daxili şəkil redaktoru, əlavələrin (Plugun) asan idarə olunması və Videoların rahatca inteqrə edilməsi kimi yeniliklər də təqdim edir.