Hər dəfə yeni saytda və qeydiyyatdan keçəndə yeni login, yəni istifadəçi adı seçmək üçün çoxlu fikirləşməli oluruq. İstifadəçi adının seçimində digər əsas götürülən səbəblərdən biri də seçəcəyiniz istifadəçi adınızdan, başqa saytlarda istifadə edilib edilməməsi məsələsidir. David Gosse və Andy Edinborough tərəfindən hazırlanmış sayt vasitəsilə siz bir dəfəyə 100-dən çox məşhur saytlarda istifadəçi adınızın mümkünlüyü haqqında öyrənə biləcəksiniz.
Əhalinin daha geniş kütlələri üçün internetdən istifadəni sadələşdirmək istiqamətində mütəmadi aparılan tədbirlərin tərkib hissəsi olaraq "Aztelekom.Net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqini uğurla davam etdirir. "Aztelekom.net" İnternet xidmətləri mərkəzinin istifadəçiləri üçün internetdən bir saatlıq istifadə üçün 0,3 manat həcmində olmaqla, dəqiqələrə görə hesablanan xidmət haqqı abunəçinin ünvanına göndərilən ümumi ödəniş qəbzində nəzərə alınır və bu zaman qəbzdə istiqamət üzrə kod əvəzinə "178" – internet servis kodu qeyd olunur.
İnternetdə axtardığınız hər şeyi tapmaq mümkündür desək yanılmarıq. "İnternet böyük dəryadır" cümləsi, internet dünyasını izah etməyə tam imkan verir. Axtardığınız hər şeyi tapa bildiyiniz bu məkanda, kompüterinizdəki şəkilin harada istifadə edildiyini də tapmaq mümkündür
Son zamanlar saxta antivirus proqramı mesajı ilə qarşılaşan və həmin tələyə düşən istifadəçilərin sayı artmaqda davam edir. Aşağıdakı şəkillərdəki kimi gözləmədiyiniz anda kompüterinizin ekranında maraqlı bir dialoq pəncərəsi vasitəsilə "Kompüterinizdə filan qədər virus var əgər təmizləmək istəyirsinizsə klik edib təmizləyin" cümləsi ilə kompüterinizin qayğısına qalan mesajlarla rastlaşırıq. Cüzi diqqətsizlikdən sonra həmin mesaja tıqlayıb bu ağıllı virusu öz kompüterinizə bulaşdırırsınız. Nəticədə isə istəmədiyiniz halda və məcburi şəkildə yenidən əməliyyat sistemini yazmaq məcburiyyətində qalırsınız