
Simsiz (wi-fi) internetə, email hesablarımıza, sevdiyimiz saytlara, messenger proqramlarımıza, ftp hesabımıza qoşularkən parollarımızdan istifadə edirik. Bizə asan olsun deyə bu parolları istifadə etdiyimiz proqramlara, saytlara yaddaşa veririk ki, hər dəfəsində bu parolları yazmaqdan yorulmayaq :) Və uzun müddət əlimizlə daxil etməyimiz bu hesabların parollarını avtomatik rejimdə yazılmasını təmin edirik. Bu bizim üçün böyük rahatlıq ikən, başqa kompüterlərdə bu proqramları istifadə etdiyimiz zaman, "parolumuz nə idi görəsən?" deyə pis vəziyyətdə qalırıq.
Bir neçə müddət əvvəl hazırladığımız saytın ftp parolu, ünvanı, proqramımızda çıxarkən “******” – asterisk şəklində görünür. Əgər bu parolu qeyd üçün harasa yazmamısınızsa onda sizin köməyinizə parol tapmaq üçün proqramları məsləhət görə bilərik.
1 il bundan qabaq outlook proqramında yaddaşda saxladığımız parolu xatırlayırsınızmı? Yoxsa google talk parolunuzu? Mən bu sayta üzv idim ama parolum nə idi? Email parolumun dünən dəyişdirdim bəs yeni parol nə qoydum?
Bunlar günlük həyatda hamımızın başına gələ biləcək sıxıntılardır. Təbii ki kompüter mütəxəssisləri bu durumlar üçün müxtəlif proqramlar hazırlayıblar. Aşağıda haqqında danışacağımız proqramların hamısı pulsuz və portable (yəni daşınabilən) proqramlardır.
Msn messenger, windows messenger, windows live messenger, yahoo messenger (5. və 6. versiyalarında yoxlanılıb), google talk, icq lite (4. 5. və 2003 versiyalarında yoxlanılıb), aol instant messenger, aim (6. versiyasında test edilib), aim pro, trillian trillian astra, miranda, gaim/pidgin, myspace im, paltalkscene, digsby mesajlaşma proqramlarının kompüterdə yaddaşda olan parollarını tapmaq üçün əlverişli proqramdır.
messenpass v1.27 yüklə
"*****" formada olan simvollara asterisk simvollar deyirik. Bir çox proqram yaddaşda saxlanılan parolları avtomatik giriş etsin deye bu simvollar vasitəsi ilə gizlədir və beləcə real parolun istifadəçi tərəfindən görünməməsini təmin edir. Proqramı işə saldığımızda cuteftp, coffeecup free ftp, vnc, incredimail, outlook express və digər bu qorumaya sahib proqramların parolları qarşımıza gələcəkdir. Pullu alternativlerinin əksinə olaraq, hər proqram üçün mausun oxunu parol yazılan hissəyə gətirmək əvəzinə göstərə biləcəyi bütün parolları göstərir.
Asterisk logger v1.04 yüklə
Bu proqram ilə interne explorer -in (8.0 versiyasında test edilib) yaddaşında olan parollara baxa bilərsiniz. İstifadəçi adı, parol və veb saytı bir cədvəldə göstərir. Bundan başqa ftp və avtomatik qeydetme bilgilərini, təhlükəsiz giriş parollarını da göstərmək gücündədir. adsl router giriş parolunu unudanlar üçün də gözəl vasitə ola bilər
ie passview v1.17 yüklə
Bu proqamla isə Mozilla firefox içindəki bütün parolları qurtara bilərsiniz
passwordfox v1.15 yüklə
Google chrome brouzerindəki parolları görmək üçün proqram
chromepass v1.05 yüklə
Outlook express, microsoft outlook 2000 (sadəcə pop3 və smtp hesabları üçün), microsoft outlook 2002/2003/2007 (pop3, imap, http və smtp hesablarında işləyir), windows mail,windows live mail, incredimail, eudora, netscape 6. və 7. versiyaları (ana parolla qurulmuşsa işlməyəcək),
mozilla thunderbird (ana parolla qurulmuşsa işlməyəcək),group mail free, yahoo! mail (yahoo! messenger programı),
hotmail/msn mail (msn/windows/live messenger),
gmail - (hər hansı bir google proqramında yaddaşda olduqda google desktop və ya google talk kimi).
Mail passview v1.52 yüklə
Microsoft access 95/97/2000/xp ya da jet database engine 3.0/4.0 proqramlarında yaratdığınız .mbd fayllarının parollarını qaytarmaq üçün proqram. Access 2000 və xp-də 18 simvoldan yüksək olan parolları qaytara bilmir. Ana bazanın parollarını qaytara bilir ama istifadəçi səviyyəsində parolları qaytara bilməyəcək.
Access passview 1.12 yüklə
Wirelesskeyview v1.28 (32 bit) yüklə
Wirelesskeyview v1.28 (64 bit) yüklə
Fikirlərinizi bildirməyi unutmayın


Oxşar xəbərlər
Şərh #1 yazıb:
moderator (9 Noyabr 2009 23:05)

Şərhlərin sayı: 8
Məqalələr: 12
Chox super xoshuma geldi.Maraqlarimla ust-uste dushur teshekkurler.
--------------------------
Kimsə özünə güvənməsin çünki ondanda güclüsü var.
Biz BİZİMNET olaraq hər kəsdən güclüyüz.
Bizə qoşulan hər kəs BİZİMNET tək güclü olur.
Şərh #2 yazıb:
X-Life (27 Yanvar 2010 04:41)

Şərhlərin sayı: 6
Məqalələr: 0
Tk edirm........

Şərh #3 yazıb:
ULVU YEK DIR (27 Noyabr 2010 11:06)

Şərhlərin sayı: 1
Məqalələr: 0
baku
email tapmaq praqramini yuklemey isteyirem
Şərh #4 yazıb:
ELVIN_IZ MONTIN (23 Mart 2011 18:44)

Şərhlərin sayı: 1
Məqalələr: 0
Şərh #5 yazıb:
ayka4 (6 İyul 2011 06:13)

Şərhlərin sayı: 1
Məqalələr: 0
salam men burdan hecne basa dusmedim ..mene xahis edirem duzgun , ve aydin sekilde gosterin bu menim ucun cox vacibdi.
Məlumat
"Qonaq" kimi daxil olan ziyarətçilər saytda rəylərin bildirə bilməzlər.Zəhmət olmasa qeydiyyatdan keçin və ya öz hesabınızla sayta daxil olun!