Silə bilmədiyiniz, error verən fayl və qovluqları bir tıqlama ilə silmək üçün çox gözəl və sadə proqram təqdim edirik. Sizə silməkdə çətinlik yaradan, error mesajı verən və bu kimi bütün problemlərinizi Unlocker ilə rahatlıqla həll edə bilərsiniz.
Simsiz (wi-fi) internetə, email hesablarımıza, sevdiyimiz saytlara, messenger proqramlarımıza, ftp hesabımıza qoşularkən parollarımızdan istifadə edirik. Bizə asan olsun deyə bu parolları istifadə etdiyimiz proqramlara, saytlara yaddaşa veririk ki, hər dəfəsində bu parolları yazmaqdan yorulmayaq :) Və uzun müddət əlimizlə daxil etməyimiz bu hesabların parollarını avtomatik rejimdə yazılmasını təmin edirik. Bu bizim üçün böyük rahatlıq ikən, başqa kompüterlərdə bu proqramları istifadə etdiyimiz zaman, "parolumuz nə idi görəsən?" deyə pis vəziyyətdə qalırıq.
Əksər kompüter istifadəçisi üçün kompüterinin sərt diskində nə qədər boş yer qaldığı önəmli məsələdir. Daha önəmli sual isə sərt diskin boş qalan hissəsini hansı faylların doldurmasıdır. Haqqında danışacağımız pulsuz proqram olduqca fərqli bir formada sizə bu bilgiləri verməkdə kömək edəcək.