Saytınız üçün yazı hazırlamaq istəyirsiniz və içində 10-15 ədəd sayta link (keçid) olacaq. Bu linkləri də o saytların ekran görüntüləri üzərindən vermək istəyirsiniz. Bunun üçün dediyimiz bu 10-15 sayta girib və hər birini printscreen ilə çəkib daha sonra müəyyən şəkil düzəltmə proqramında (məsələn Adobe Photoshop) düzənləyib internetdə bir yerə yükləmək mərhələsini keçməlisiniz. Bir az uzun və yorucu deyilmi?
Əvvəldən daha çox əziyyət tələb edən veb sayt hazırlama işi, bəzi proqram və ya onlayn saytların köməkliyi ilə artıq getdikcə asanlaşmaya başlayır. Onlayn və pulsuz olaraq bu mövzuda kömək göstərən saytların başında Wordpress və Blogger gəlir. Bu xəbərdə Wordpress və Blogger-dən başqa pulsuz olaraq veb sayt qurmanıza kömək olacaq çox tanınmayan, lakin xüsusiyyətləri baxımından olduqca gözəl və digər saytlardan bəhs edəcəyik.
Veb səhifənizə Youtube-dan video yerləşdirmək üçün embed kodlardan istifadə edirik. Əgər götürəcəyiniz videonun əvvəlindən deyil, ortasından başlatmaq istəyirsənizsə, onda embed kodunu aşağıdakı nümunədə olduğu kimi tənzimləməlisiniz.
Çoxumuzun əyləncə vasitəsi bildiyi youtuba-da çox işə yarayacaq videolara da rast gəlmək və bilgi əldə etmək mümkündür. Sizlərə SEO və sayt idarəçiliyi haqqında 12 dərs yönlü videolar təqdim edirəm.
Sayt dizaynerləri, bloggerlər və ümümiyyətlə veb sahəsində çalışanlar üçün çox gözəl online vasitələri təqdim edirəm. Hosting, DNS, domain name:
1.Domainscour: web 2.0 infrastrukturu ilə hazırlanmış saytdır. Bu sayt sizin blogunuza və ya saytınıza uyğun domeyn seçməyinizə kömək olacaq.. 2.MyIPneighbours: eyni ip ünvanda yerləşən web saytları göstərir. 3.WhoIshostingthis: istədiyiniz saytın hansı hostinq firmasında host edildiyini öyrənmək istifadə etmək olar 4.You Get Signal: bir çox şəbəkə işi üçün online web servisidir.